EN

Yağışlı havada avtomobil idarə etmək ziyandır?

Son günlər müşahidə olunan intensiv yağışlar sürücülər üçün əlavə risklər yaradır.
ONN media-nın məlumatına görə, xüsusilə yollarda yaranan dərin su gölməçələri avtomobillərə ciddi ziyan vura bilər.
Mütəxəssislər bildirirlər ki, gölməçələrdən yüksək sürətlə keçmək təkcə təhlükəli deyil, həm də avtomobilin mühərrik və elektrik sisteminə zərər yetirə bilər. Ən ciddi problemlərdən biri suyun mühərrikə daxil olmasıdır. Bu hal "hidrozərbə" adlanır və mühərrikin tam sıradan çıxmasına səbəb ola bilər.
Bundan əlavə, su ilə təmas əyləc sisteminin effektivliyini azaldır, nəticədə avtomobilin dayanma məsafəsi uzanır. Elektrik naqilləri və sensorlar da sudan zərər görə bilər ki, bu da sonradan bahalı təmirə gətirib çıxarır.
Digər tərəfdən, dərinliyi bilinməyən gölməçələrdə gizli çuxurlar ola bilər. Bu isə təkərlərin, disklərin və asqı sisteminin zədələnməsi ilə nəticələnə bilər.
Mütəxəssislər sürücülərə belə hallarda sürəti minimuma endirməyi, mümkün olduqda gölməçələrdən yan keçməyi və avtomobilin texniki vəziyyətini daim yoxlamağı tövsiyə edirlər.
Qeyd olunur ki, düzgün idarəetmə və ehtiyatlı davranış güclü yağışın avtomobilə vurduğu zərəri minimuma endirə bilər.
Chosen
2
3
onn.az

4Sources