EN

Bu Ukraynada ölən 14 cü rus generalıdır Qubernator Otroşenkonun ölümünü təsdiqlədi

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Murmansk vilayətinin qubernatoru Andrey Çibis Şimal Donanmasının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə üzrə 45-ci ordusunun komandanı Aleksandr Otroşenkonun Krımda öldüyünü təsdiqləyib. O, bildirib ki, Krımda hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında yüksək rütbəli rus hərbçisi də var.

Xatırladaq ki, generalın ölümü barədə daha əvvəl “BBC Rusca” məlumat yaymışdı. Xəbərdə qeyd olunurdu ki, Antonov “An-26” martın 31-də Krımın Kuybışevo kəndi yaxınlığında qəzaya uğrayıb.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, hadisə nəticəsində 29 nəfər – 6 ekipaj üzvü və 23 sərnişin həlak olub. Rəsmi versiyaya əsasən, təyyarəyə kənar müdaxilə olmayıb, ilkin səbəb kimi texniki nasazlıq göstərilir. Nazirlik generalın ölümü barədə hər hansı məlumat yaymamışdı.

“Dosye şpiona” teleqram kanalı isə iddia edir ki, Otroşenko ilə birlikdə Şimal Donanmasının qərargahına aid daha 6 zabit də qəzada həyatını itirib.

Qeyd edək ki, Aleksandr Otroşenko 2024-cü ildən Şimal Donanmasının qarışıq aviasiya korpusuna rəhbərlik edib. Bundan əvvəl o, Qara dəniz və Şimal donanmalarının dəniz aviasiyasına, eləcə də 45-ci orduya komandanlıq edib. 2019-cu ildə ona general-leytenant rütbəsi verilib.

“Mediazona” və BBC-nin hesablamalarına görə, Otroşenko Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri həlak olan 14-cü rus generalıdır. O, bu müharibədə ölən beşinci general-leytenant kimi qeydə alınıb.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
47
azpolitika.info

1Sources