EN

Kapitan Mançester Siti dən gedir

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

Kapitan "Mançester Siti"dən gedir

"Mançester Siti"nin kapitanı Bernardu Silvanın mövsümün sonunda komandadan ayrılacağı dəqiqləşib.

QOL.az "Sky Sports"a istinadən xəbər verir ki, bu barədə klubun köməkçi-məşqçisi Xosep Linders açıqlama verib.

“Kapitan unikaldır və onu başqa oyunçu ilə əvəzləmək mümkün deyil. Ümid edirəm ki, son aylarını yaxşı keçirəcək. Cəmi altı həftə qalıb və o, layiqli şəkildə vidalaşacaq. O, buna tam layiqdir” – deyə Linders bildirib.

Qeyd edək ki, 31 yaşlı Bernardu Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 450 oyunda 76 qol vurub. Silva “Mançester Siti”nin heyətində 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
1
qol.az

2Sources