Gəncədə 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1973-cü il təvəllüdlü Hafiz İsmayılov fərdi evinin dam örtüyünü düzəldən zaman yıxılıb, hadisə yerində ölüb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb./Teleqraf