EN

Sürüşməyə görə 6 marşrutun hərəkət istiqaməti dəyişdirildi

Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Terüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Dəyişikliyə əsasən, 72, 120A, 125, 149, 205 və E1 nömrəli marşrutların hərəkəti "20-ci sahə dairəsi" – Şəfəq küçəsi ilə təşkil olunub.

Qeyd edək ki, aramsız yağan yağışlar nəticəsində Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb. Bir sıra vəzifəli şəxslər əraziyə baş çəkərək problemin aradan qaldırılması ilə bağlı tapşırıqlarını veriblər.

Chosen
5
6
far.az

10Sources