GƏNCƏ, 6 aprel. TELEQRAF
Gəncədə 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1973 cü il təvəllüdlü Hafiz İsmayılov fərdi evinin dam örtüyünü düzəldən zaman yıxılıb, hadisə yerində ölüb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.