EN

Nəsimidə nəhəng ağac “BYD”nin üzərinə düşdü VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində (Hematologiya və Transfuziologiya İnstitutunun qarşısı) güclü külək səbəbindən ağac avtomobilin üzərinə aşıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 6-da səhər saatlarında qeydə alınıb. Yol kənarındakı qurumuş nəhəng ağac qoparaq park edilmiş 77-OK-527 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilin üzərinə düşüb. Zərbənin təsirindən nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

Qeyd edək ki, paytaxtın digər ərazilərində də güclü külək nəticəsində oxşar hadisələr baş verib.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
9
avtosfer.az

10Sources