EN

Belə yollara asfalt çəkilməsi sonradan problemə çevrilira EKSPERT FOTO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Kənd və qəsəbələrdə küçələrin asfaltlanması ilk baxışda müsbət hal kimi qiymətləndirilsə də, bu yanaşmanın müəyyən mənfi tərəfləri də mövcuddur.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Anar Əliyev bildirib ki, asfalt örtüyü qısa müddətdə rahatlıq yaratsa da yağışlı havalarda ciddi problemlərə səbəb ola bilir. Onun sözlərinə görə, tam asfaltlanmış küçələrdə suyun torpağa hopması mümkün olmadığından, intensiv yağıntı zamanı küçələrdə su yığılır və bu ərazilər adətən “çaya” çevrilir.

Ekspert qeyd edir ki, alternativ yanaşma kimi küçələrin daşla döşənməsi və paralel olaraq sadə drenaj sistemlərinin qurulması daha effektiv nəticə verə bilər. Bu halda, hətta yağış sularının belə idarə olunması mümkün olur və suyun yığılması minimuma enir.

Anar Əliyevin sözlərinə görə, daş örtüklərin digər üstünlükləri də var. Belə ki, bu tip örtük yay aylarında asfalt kimi yüksək temperaturda qızmır, daha uzunömürlü olur və səs-küyü nisbətən azaldaraq ətraf mühit üçün daha komfortlu şərait yaradır. Bundan əlavə, daş döşənmiş küçələr sürücüləri avtomatik olaraq daha aşağı sürətlə hərəkət etməyə vadar edir ki, bu da təhlükəsizlik baxımından müsbət amil hesab olunur.

Ekspert hesab edir ki, xüsusilə kənd və qəsəbələrdə yol infrastrukturu planlaşdırılarkən yalnız qısa müddətli rahatlıq deyil, uzunmüddətli dayanıqlılıq və iqlim şəraiti də nəzərə alınmalıdır.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
47
avtosfer.az

1Sources