EN

"Toyda "staliçni" yeyən insanların qarşısında oxumaq İSTƏMİRƏM"

"Avroviziya" təmsilçimiz Samirə Əfəndi maraqlı açıqlaması ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, müğənni verdiyi müsahibədə toy məclislərində çıxış etməyə münasibətini açıqlayıb. İfaçı bildirib ki, toylara tamamilə yox deməsə də, bu cür dəvətləri çox nadir hallarda qəbul edir:

"Toylara gedirəm, amma hər toya yox, çox az gedirəm. Bəlkə də bu, biznes baxımından düzgün deyil. Amma illərlə zəhmət çəkdiyim, valideynlərimin mənəvi və maddi dəstəyi ilə qazandığım bilik və səviyyə ilə toylarda çıxış etmək istəmirəm".

Sənətçi sözlərinə belə davam edib:
"Demirəm ayıbdır, sadəcə mənə psixoloji olaraq təsir edir. İnsanlar yemək yeyir, mən isə böyük zəhmət və xərc tələb edən layihələrlə gəlib orada oxuyuram. İnsanlar "staliçni" yeyəcək, mən də qarşılarında oxuyam. Bu, mənə xoş gəlmir".

Əfəndi əlavə edib ki, hazırda əsas gəlirini xaricdə verdiyi konsertlərdən əldə edir:
"Mən Avropaya çıxıram, orada 40 dəqiqə, 1 saatlıq konsertlərim olur. Şükür ki, qazancım bu günüm üçün kifayət edir".

Onun bu səmimi etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər mövqeyini dəstəkləsə də, digərləri sənətçinin fikirlərini birmənalı qarşılamayıb.

Musa
Milli.Az

Chosen
15
8
milli.az

9Sources