EN

Hindistan sərhədi qorumaq üçün ilan və timsahlardan istifadə etmək istəyir KİV

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

Hindistanın Pakistan və Banqladeşlə sərhədlərini qoruyan Sərhəd Təhlükəsizliyi Qüvvələri (BSF) öz bölmələrinə sərhədin çay və bataqlıq ərazilərində ilan və timsahlardan istifadə imkanlarını araşdırmağı tapşırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Hindu” qəzeti BSF-in əmrinə istinadla məlumat yayıb.

Sənəddə deyilir ki, çaylar və bataqlıqlar boyunca həssas ərazilərdə ilan və ya timsah kimi sürünənlərdən istifadənin mümkünlüyü əməliyyat baxımından araşdırılmalıdır.

Xüsusilə, təklif Hindistan və Banqladeşdə sərhədin çayların və bataqlıqların ənənəvi maneələrin quraşdırılmasına imkan vermədiyi ərazilərinin qorunması üçün nəzərdə tutulur. Bununla belə, təklif yerli əhali də daxil olmaqla, mükmün risklərə görə araşdırılmaqda davam edir.

Hindistan Daxili İşlər Nazirliyinin məlumatına görə, Hindistan və Banqladeş arasındakı sərhədin uzunluğu 4900 kilometrdən çoxdur. Əvvəllər Hindistan hökuməti qanunsuz miqrasiyanın, o cümlədən antimilli fəaliyyətlər də daxil olmaqla qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün projektorlu hasarların mərhələli şəkildə inşasına icazə vermişdi.

Bu hasarların əksəriyyəti artıq çəkilib, lakin sərhədin bəzi hissələri çətin təbii şəraitlə əlaqədar yarımçıq qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
11
yeniavaz.com

10Sources