EN

Niderland millisinin yarımmüdafiəçisinin DÇ arzusu puç oldu

PSV-nin və Niderland millisinin 29 yaşlı yarımmüdafiəçisi Yerdi Sxauten bu yay keçiriləcək dünya çempionatında oynaya bilməyəcək.

Fanat.Az "Telegraaf.nl" portalına istinadən xəbər verir ki, ağır zədə alan futbolçu təxminən 9 ay məcburi istirahət edəcək.

Çarpaz diz bağları qopan Sxauten ABŞ, Kanada və Meksikada baş tutacaq DÇ-ni kənardan izləyəcək. Bu, Eyndhoven təmsilçisində son dövrlərdə qeydə alınan üçüncü ağır çarpaz bağ zədəsidir. Daha öncə Serjinyo Dest və Ruben van Bommel də eyni aqibətlə üzləşiblər.

Cari mövsüm kapitanı olduğu PSV forması ilə bütün turnirlərdə 40 matça çıxan Yerdi 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Toğrul

Chosen
2
1
fanat.az

2Sources