EN

“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib

 

03 aprel 2026-cı il tarixində BDU Qazax filialında  Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin birgə təşkilatçılığı ilə tələbələrin iqtisadi biliklərini artırmaq və onların maliyyə savadlılığını inkişaf etdirmək məqsədilə  “Müasir yatırım imkanları” mövzusunda seminar keçirilib. Tədbir filialın rəhbərliyi, müəllim heyəti və tələbələrin iştirakı ilə baş tutub.

“Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin tədris üzrə baş mütəxəssisi, iqtisad üzrə fəlsəfə doktoru Rövşən Məmmədov “Birjada qiymətin dəyişməsindən necə qazanmaq olar ? ” mövzusunda, şirkətin maliyyə məsləhətçisi Rəşad Mustafayev isə “Bitcoin haqqında məlumat” başlıqlı təqdimatla çıxış edib. Seminar çərçivəsində tələbələrə maliyyə bazarının funksiyaları, investisiya imkanları, risklərin idarə olunması, qiymətli kağızların alqı-satqısı və iqtisadiyyatdakı rolu barədə ətraflı məlumat verilib.

Seminarın sonunda sual-cavab olub. İştirakçılara tədris kurslarında iştirak üçün 10%, 4 nəfərə 20% və 3 nəfər xüsusi fərqlənənlərə 50% endirim elan olunub.

Filialda hal-hazırda 1750 tələbə təhsil alır və gələcəkdə seminarların bütün heyət üçün mütəmadi keçirilməsi təşəbbüsünü irəli sürülüb. 

İştirak etmək istəyənlər çox olsada yer məhdudiyyəti ilə əlaqədar 55 nəfər iştirak edib.

 

BDU Qazax filialıInvest-AZ İnvestisiya ŞirkətiInvest-AZ seminarBDU seminarMüasir yatırım imkanları seminarıinvestisiya seminarıinvestisiya təlimimaliyyə savadlılığı seminarıtələbələr üçün investisiyaAzərbaycan birjasıqiymətli kağızlar ticarətiinvestisiya imkanlarıinvestisiya risklərinin idarə olunmasıBitcoin haqqında məlumatkriptovalyuta seminarıRövşən MəmmədovRəşad MustafayevBDU tələbələri üçün seminarinvestisiya kursu endirimləriInvest-AZ tədris kursları
Chosen
10
5
marja.az

6Sources