EN

İran İordaniyaya raket və dronlarla hücum edib - Yaralılar var

Bakı. Trend:

İranın İordaniya ballistik raket və pilotsuz uçuş aparatları iləhücumları nəticəsində azı 2 nəfər yaralanıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

İordaniya Kral Hava Qüvvələri son 24 saat ərzndə iki İrandronunu zərərsizləşdirib, başqa bir dron və ballistik raket isəölkənin hava hücumlarından müdafiə sistemlərinin hədəfindən yayınabilib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Chosen
2
2
az.trend.az

10Sources