Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş ikimərtəbəli ev artıq tamamilə sökülüb.
Trend-in hadisə yerindən müxbiri xəbər verir ki, görülən işlər çərçivəsində ətraf evlərə ziyan dəyməməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Qeyd olunur ki, yaxın zamanda ərazidən keçən kollektorun bərpasına başlanılacaq.
Â
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayilov və aparat rəhbəri Fuad Quliyev hadisə yerinə baxış keçiririblər. Onlar müvafiq tapşırıqlar veriblər.