EN

Azərbaycanda vəzifəli şəxslər cərimələndi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Xalq Bank" ASC və "Yapı Kredi Bank Azərbaycan" QSC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, hər iki bankda "Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası"nın tələbləri pozulub. Nəticədə "Banklar haqqında" qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən bankların vəzifəli şəxslərinin hər biri 1,5 min manat cərimə edilib.

"Hesabatlıq forması üzrə pozuntular bankların maliyyə dayanıqlılığına təhdid yaratmır", - deyə AMB bəyan edib.

Chosen
2
9
bakivaxti.az

10Sources