EN

Azərbaycan Prezidentinin Tbilisidə rəsmi qarşılanma mərasimi olub -VİDEO/FOTO

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub.

 

Senzor.az bildirir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

 

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

 

Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

 

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.


Chosen
29
38
senzor.az

10Sources