Bakı. Trend:
Dünən Dövlət İmtahan Mərkəzi tərəfindən ölkə üzrə keçirilmişburaxılış imtahanlarında istifadə edilən suallarda səhv olduğubarədə iddialar yayılıb.
Belə ki, müəllimlər və təhsil ekspertləri riyaziyyat üzrəsuallarda səhv olduğunu iddia edirlər.
Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahanMərkəzindən bildirilib ki, ümumi təhsil səviyyəsi üzrə 5 aprel2026-cı il tarixində keçirilən buraxılış imtahanında trapesiyamövzusuna aid təqdim olunan tapşırığın əsas məqsədi şagirdlərin itibucağın tənböləni nəticəsində yaranan daxili çarpaz bucaqlarınbərabərliyini müəyyən etməsi və bu əsasda yaranan üçbucaqlarınoxşarlığından istifadə edərək tərəflər arasında nisbətləri tapmaqbacarığını yoxlamaqdır:
"Tapşırıqda verilmiş ədədlər hər hansı bir üçbucağın tərəflərikimi deyil, oxşarlıq nisbətlərinin qurulması üçün istifadə edilir.Bu ədədlərin seçilməsi həndəsi fiqurun mövcud olmasına deyil, ilknövbədə hesablamaların sadə və əlçatan aparılmasına xidmət edir.Başqa sözlə, bu tapşırıqda yoxlanılan bacarıq konkret bir üçbucağınmövcudluğunu üçbucaq bərabərsizliyi ilə təhlil etmək deyil,verilmiş həndəsi münasibətlərdən düzgün nəticə çıxarmaqdır. Bunagörə də üçbucaq bərabərsizliyi ilə bağlı yanaşma tapşırığın həllprosesini və ardıcıllığını dəyişmir, eyni zamanda düzgün cavabınəldə olunmasına da heç bir maneə yaratmır.
Bildiririk ki, bu tip açıq tapşırıqlar xüsusi qiymətləndirməmeyarları əsasında yoxlanılır və yalnız tam doğru cavabı müəyyənedən şagirdlər deyil, həmçinin həll prosesində düzgün aralıqnəticələr əldə edən və ya həll mərhələlərindən birini doğru yerinəyetirən şagirdlər də qiymətləndirmədə nəzərə alınır".
Qeyd edək ki, ötən gün Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ,Suraxanı, Səbai, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux,Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə),Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam ortaməktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb vəKərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəliməktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam ortaməktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar,Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindənümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanıkeçirilib.