EN

Rehabus hər bir əllilliyi olan şəxsə göstərilən dəyərdir-Zülfiyyə Nuriyeva

Azərbaycanda reabilitasiya xidmətlərinin əlçatanlığının artırılması istiqamətində həyata keçirilən Rehabus layihəsi mühüm nəticələr verir. Layihə çərçivəsində mərkəzə gələ bilməyən uşaqlar və şəxslər üçün xidmətlər birbaşa onların yaşadıqları ünvanda təşkil olunur.

Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında  bildirib ki, bu təşəbbüs ölkədə ilk dəfə tətbiq olunan və yüksək əhəmiyyət daşıyan layihələrdən biridir. Onun sözlərinə görə, bu xidmət hər bir fərdin, xüsusilə də həssas qrupların reabilitasiyaya çıxış imkanlarını genişləndirir.

O qeyd edib ki, layihə çərçivəsində artıq minlərlə uşağa xidmət göstərilib və gələcəkdə bu sayın daha da artırılması planlaşdırılır. Reabilitasiya xidmətləri yalnız fiziki deyil, həm də psixoloji və emosional dəstəyi əhatə edir, ailələrə dəstək göstərilməsi də əsas istiqamətlərdən biridir.

Zülfiyyə Nuriyeva vurğulayıb ki, reabilitasiya prosesində fərdi yanaşmanın tətbiqi, insanların bacarıqlarının üzə çıxarılması və onların sosial rifahının yaxşılaşdırılması əsas prioritetlərdəndir. Bu yanaşma nəticəsində xidmət alan şəxslər cəmiyyətə daha asan inteqrasiya olunur, təhsilə və sosial həyata maraqları artır.

O, həmçinin Sumqayıt Reabilitasiya Mərkəzində nitq qüsurlu şəxslərlə işləyən mütəxəssislərin fəaliyyətini də xüsusi qeyd edib. Bildirilib ki, burada tətbiq olunan innovativ üsullar xidmətlərin daha əlçatan və effektiv olmasına şərait yaradır.

İctimai birlik sədri Rehabus layihəsini yüksək qiymətləndirərək, onun insanların sosial həyata qayıdışına mühüm töhfə verdiyini bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində gələcəkdə əl işlərinin satışının təşkili kimi təşəbbüslər də bu şəxslərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edə bilər.

Sonda Zülfiyyə Nuriyeva həyata keçirilən işlərə görə aidiyyəti qurumlara minnətdarlığını ifadə edib.

Zəhra Ağayeva

Chosen
43
qht.az

1Sources