İranın Küveytin şimalına hücumu nəticəsində ən azı altı nəfər yaralanıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Al Jazeera" Küveyt Səhiyyə Nazirliyinə istinadən məlumat verib.
Məlumata görə, Küveytin şimalındakı yaşayış məhəlləsinə zərbə endirilib.
Öz növbəsində, İslam İnqilabı Keşikçiləri Korpusunun "Xatəm əl-Ənbiya" Mərkəzi Komandanlığının nümayəndəsi İbrahim Zülfüqari bildirib ki, İran Küveytin Bubiyan adasındakı ABŞ hərbçilərinə hücum həyata keçirib.
Onun sözlərinə görə, ABŞ qoşunları bu adaya dəfələrlə İranın zərbələrinə məruz qalan "Arifcan" bazasından köçüb.
Bubiyan adası Küveytin Fars körfəzinin şimal-qərbində yerləşən ən böyük sahilyanı adasıdır.