EN

“Hər gün 10 dəfə yenidən evlənə bilərəm”

Türkiyənin tanınmış aktyoru Mehmet Günsür evliliyi ilə bağlı maraqlı açıqlama verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İbrahim Selim ile Bu Gece” proqramına qonaq olan 50 yaşlı aktyor italiyalı həyat yoldaşı Katerina Mongioya olan sevgisindən bəhs edib.

“Bu il evliliyimizin 20-ci ilinə qədəm qoyduq. Onu tapdığım üçün özümü çox şanslı hiss edirəm. Hər gün 10 dəfə yenidən evlənə bilərəm. Evliliyin ən gözəl tərəfi həqiqətən bir komanda ola bilməkdir. Əvvəl iki nəfər idik, indi beş nəfərik. Artıq sözün əsl mənasında bir dəstəyik, bir qəbiləyik. Bəzən bir yerə daxil olanda özümüzü “Peaky Blinders” serialındakı kimi ağır çəkimdə yeriyirmiş kimi təsəvvür edirik”, - o qeyd edib.

Günsür bildirib ki, evliliyin əvvəlində mübahisə etməmək üçün maraqlı üsul seçiblər:

“İkimizə də aid olmayan bir dildə - ingiliscə mübahisə edək deyirdik. Amma uşaqlar böyüyüb ingilis dilini anlamağa başlayanda bu üsul da işləmədi. Onsuz da artıq heç mübahisə etmirik, buna görə də mübahisənin dili də qalmayıb. Mən ümumiyyətlə qısqanc biri deyiləm. Hətta buna görə keçmişdə problemlər də yaşamışam. Keçmiş sevgililərim arasında çox qısqanc olanlar var idi. Məncə qısqanclıq, ortada olmayan bir şey üçün, sadəcə ehtimal üzərindən yaranan bir hissdir. Əgər biri səni doğrudan aldadırsa, bu artıq qısqanclıq yox, açıq şəkildə qəzəbdir. Amma real bir şey yoxdursa, o hissi yaşamağın mənası da yoxdur”.

Qeyd edək ki, Mehmet Günsür 2006-cı ildə italiyalı rejissor Katerina Mongio ilə evlənib. Cütlüyün Ali, Maya və Cloe adlı üç övladı var. İtaliyada yaşayan ailə tez-tez birlikdə çəkilmiş fotoları ilə gündəmə gəlir.

"Cebheinfo.az"

Chosen
28
cebheinfo.az

1Sources