Ağsuda bıçaqlanma hadisəsi baş verib.BUTA.TVAPA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ağsu şəhər 1 saylı orta məktəbin qarşısında, idman meydançasında qeydə alınıb. Rayon sakini 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi R.S. arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı D.Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn qardaşı -16 yaşlı A.S-ya isə əli ilə vuraraq xəsarət yetirib. Xəsarət alan qardaşlara tibbi yardım göstərilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb. D.Bağırovun Vətən müharibəsi qazisi olduğu bildirilir.