EN

“Norm” ASC BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub

Bakı. Trend:

“Norm” ASC BMT-nin təşəbbüsü olan Qadınların SəlahiyyətlərininGenişləndirilməsi Prinsiplərinə (Women’s Empowerment Principles)qoşulduğunu elan edib. Bu barədə şirkətin CEO-su, Henning Sassebildirib:

“Azərbaycanın aparıcı sənaye şirkətlərindən biri olaraq,məsuliyyətli liderliyin və dayanıqlı inkişafın əsas dayağı kimiBMT-nin təşəbbüsü olan Qadınların SəlahiyyətlərininGenişləndirilməsi Prinsiplərini qəbul etdiyimizitəsdiqləyirik”.

Dayanıqlı inkişaf strategiyasını real addımlarla dəstəkləyənşirkət bu təşəbbüsə qoşulmaqla, qadınlar üçün bərabər imkanlarıntəmin edilməsini və onların şirkətin bütün səviyyələrindətəmsilçiliyinin artırılmasını hədəfləyir. Şirkət hesab edir ki,qadınların sement sənayesində daha fəal təmsilçiliyi sosialədalətlə yanaşı, innovasiyaya, səmərəli istehsala və dayanıqlı işmühitinin gücləndirilməsinə töhfə verəcək. Həmçinin, bu addım gəncqadınların sənayeyə marağının artırılmasını və onların karyeraimkanlarının genişləndirilməsini dəstəkləyəcək.

Qeyd edək ki, Qadınların Səlahiyyətlərinin GenişləndirilməsiPrinsipləri BMT-nin Qadınlar Agentliyi (UN Women) və BMT-nin QlobalSazişi (UN Global Compact) tərəfindən hazırlanmış beynəlxalqçərçivədir.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalqşirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

Chosen
1
4
az.trend.az

5Sources