EN

Xankəndidəki abidə ilə bağlı ağ yalan – ermənilər deyir ki…

Ermənistanda separatçıların təsis etdiyi monumentwatch.org saytı yazıb ki, Xankəndidə yerləşən “Tanrı Anası Katedralı”nın guya iki pəncərəsinin sındırılıb.

Musavat.com-un xəbərinə görə, erməni mediası bu yalanı azərbaycanlı sosial media istifadəçilərinə “istinad”la yayıb.

Halbuki sosial şəbəkələrin Azərbaycan seqmentində belə bir informasiya keçmir. Sayt yazır ki, “Bina tamamilə dayanıqlı və xarici görünüşcə zədələnməmiş olsa da, şəhərin erməni simasını təmsil edən tikilinin əvvəllər zədələnməmiş pəncərələrinə dəyən ziyan narahatlıq doğurur. Bu, abidənin vandalizmə məruz qaldığını göstərir". Ardınca erməni nəşri etiraf edir ki, “kilsə daxilindəki vəziyyəti anlamaq üçün son foto və ya videolarımız yoxdur”. Erməni mətbuatı sərsəmləyərək “Erməni dini abidələrinin hədəfə alınması artsax ermənilərinin öz mədəni irslərindən istifadə etmək fundamental hüququnu pozur” iddiası irəli sürüb.

Musavat.com qeyd edir ki, əlində heç bir foto və video fakt olmayan, hansı mənbədən belə bir xəbər aldığını göstərə bilməyən separatçıların saytı Xankəndi ilə bağlı yuxuda gördüyünü səhər yazıya çevirib. Buna cəfəngiyatdan başqa ad vermək mümkün deyil. Üstəlik, Qarabağda abidələr mühafizə olunur və onun pəncərələrini sındırmaq üçün heç bir məntiqi əsas yoxdur. Əksinə, Qarabağda dini və mədəni abidələrimizi dağıdan, vandallıq edən işğalçı-separatçı qüvvələr olub. Sadəcə, ermənilər hələ də Qarabağa qayıdacağına ümid etdiyi üçün vaxtaşırı Xankəndi ilə bağlı feyk xəbərlər yayaraq diqqəti cəlb etməyə çalışır.

Emil Salamoğlu
Musavat.com

Chosen
17
musavat.com

1Sources