EN

Prezident İlham Əliyev və Mehriban Əliyeva Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.

Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı Memorialın önünə əklil qoydu.

Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.

Chosen
8
35
baki-xeber.com

10Sources