EN

“Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib

Bakı, 6 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “RehaBus” (Reabilitasiya avtobusu) layihəsi çərçivəsində ötən dövrdə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2022-ci ildən Bakı şəhərində icrasına başlanılan layihə ötən aydan Gəncə şəhərində də reallaşdırılır. Layihə ambulator reabilitasiya xidmətlərinə cəlb edilən əlilliyi olan uşaqların reabilitasiya müəssisələrinə asan, rahat şəkildə çatmasına xidmət edir.

Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda yaşayan əlilliyi olan uşaqları paytaxtdakı 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə, Gəncədə yaşayan əlilliyi olan uşaqları isə Şəmkirdəki Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.

Uşaqları müşayiət edən yaxınları da onlarla birgə həmin xidmətlə əhatə olunurlar.

Reabilitasiya proseduru bitəndən sonra isə uşaqlar yenidən geri qaytarılırlar.

Chosen
26
14
azertag.az

10Sources