EN

XİN-də diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır

Yazını böyüt
Yazını kiçilt

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır.

Bu barədə Hafta.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək zəruridir.

Müsabiqədə iştirak üçün qeydiyyat 2026-cı il aprelin 10-da saat 10:00-dan mayın 10-da 18:00-dək davam edəcək.

Qeydiyyat üçün xidmət yalnız sözügedən tarixlərdə aktiv olacaq.

Müsabiqə prosesi barədə daha ətraflı linkə keçid etməklə tanış olmaq mümkündür.

Chosen
2
24
hafta.az

10Sources