EN

"Bu iyrənc insanla əlaqəmiz olmayıb" - Hadid bacıları gündəmdə

Dünyaca mışhur modellər Gigi və Bella Hadid bacılarının adı qalmaqallı maliyyəçi Ceffri Epşteynlə bağlı sənədlərdə yer alıb. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 2015-ci ilə aid yazışmalarda, ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan sənədlərdə anonim bir şəxs Epşteyndən Hadid bacılarının necə model olduqlarını və bu qədər pul qazandıqlarını soruşub.

Epşteyn isə belə cavab verib:

"Çünki onlar göstərişləri yerinə yetirirlər, hər şey sadədir". 

Məktublar yayımlandıqdan sonra sosial şəbəkə istifadəçiləri Hadidləri qınaq obyektinə tutublar. Bunun fonunda Gigi Hadid Ceffri Epşteyn sənədlərində  bağlı özünün və bacısı Bella Hadidin adının hallanmasından sonra açıqlama verib.

"Bu sənədlərdə adımın çəkildiyi dövrdə mənim təxminən 20–21 yaşım var idi - bu narahatedicidir. Və qəti şəkildə bildirmək istəyirəm: mən heç vaxt bu iyrənc insanla heç bir əlaqədə olmamışam", - deyə o bildirib. 

Chosen
26
1
unikal.az

10Sources