EN

"Onu başqası ilə əvəzləmək mümkün deyil, çünki..." - Məşqçisi Silvanın gedəcəyini təsdiqlədi

"Mançester Siti"də Xosep Qvardiolanın köməkçilərindən olan Xosep Linders komandanın yarımmüdafiəçisi Bernardu Silvanın cari mövsümün sonunda "şəhərlilər"in sıralarını tərk edəcəyini təsdiqləyib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:

"Kapitanımız unikaldır. Onu başqası ilə əvəzləmək mümkün deyil, çünki belə oyunçu yoxdur.  Bernardunun son 6 həftəni yaxşı keçirəcəyinə və klubla layiqincə vidalaşacağına ümid edirəm. O, böyük diqqəti haqq edir".

Silva MS ilə 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Cari mövsüm Mançester təmsilçisinin forması ilə bütün turnirlərdə 43 matça çıxan portuqaliyalı 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Chosen
2
1
fanat.az

2Sources