EN

Dövlət banklarına kredit qoyuluşu 7,9 milyard manata yüksəlib

Bu ilin fevral ayında Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun həcmi 32 milyard 002,5 milyon manat təşkil edib.

Kommersant.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici keçən ilin eyni dövrünə nisbətən 2 milyard 599,6 milyon manat və ya 8,84% artım deməkdir. Qeyd edək ki, ötən ilin fevralında kredit qoyuluşu 29 milyard 402,9 milyon manat idi.

Hesabat dövründə kredit qoyuluşunun 7 milyard 887,3 milyon manatı dövlət banklarının payına düşüb ki, bu da keçən ilki göstəriciyə nisbətən 677,2 milyon manat, yəni 9,4 % artımdır — ötən ilin eyni dövründə dövlət banklarına kredit qoyuluşu 7 milyard 210,1 milyon manat idi.

Chosen
20
kommersant.az

1Sources