EN

Şimali Koreyada qəribə ənənə - Kimlər hakimiyyətə tank sürərək gəlirlər

Koreya Respublikasının kəşfiyyat xidməti Şimali Koreya lideri Kim Çen Inın qızının tank idarəsi zamanı çəkilmiş fotoşəkillərinin respublikada hakimiyyətin davamlılığını vurğulamaq üçün nəzərdə tutulduğunu iddia edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, kəşfiyyat xidməti 2010-cu ildə 26 yaşlı Kim Çen Inın sürücü kreslosunda çəkilmiş şəkillərinin də mediada eyni cür tirajlandlığını xatırladıb.

Aprelin 1-də "Dong Ilbo" qəzeti Kim Çen Inın tankda çəkilmiş ilk fotoşəkillərinin oxşar şəraitdə dərc olunduğunu qeyd edib. Həmin vaxt Kim Çen In bir müddət sonra səhhətindəki problemlərdən vəfat edəcək olan atası Kim Çen İrin nəzarəti altında tank sürüb və ertəsi gün onun müvafiq şəkilləri "Rodong Sinmun" qəzetində dərc olunub.

Kim Çen İr 2011-ci ilin dekabrında vəfat edib və hakimiyyət onun oğlu, 27 yaşlı Kim Çen Ina keçib. Qəzet onu da yazır ki, Kim Çen İr də öz növbəsində 1960-cı ildə Koreya Xalq Respublikasının qurucusu olan atası Kim İr Sen ilə birlikdə tank bölməsinə baş çəkib. O vaxtdan bəri “tanksürmə hadisəsi” hakimiyyətin ötürülməsinin rəmzinə çevrilib.

Seulda hesab edirlər ki, Kim Çen İnin qızının tank sürməsinin görüntüsü onun müstəsna hərbi qabiliyyətlərini vurğulamaq üçündür. Son zamanlar Kim Cu-e atası ilə birlikdə hərbi tədbirlərdə iştirak edir.

Şimali Koreya liderinin qızının təxminən 13 yaşı var.

Musavat.com

 

Chosen
13
musavat.com

1Sources