EN

Elman Nəsirov: “Əfqan Sadıqovun deportasiyası xaricdəki digər "bloger"lərə də siqnaldır, təşviş keçirirlər”

“Bu gün bir qisim şəxs "bloger", "jurnalist" adı altında xaricdə gizlənir, gecə-gündüz Azərbaycan dövləti, xalqı, milləti, hakimiyyəti əleyhinə ləkələmə kampaniyası aparır. Onlar yalan, iftira ifraz etməklə məşğuldurlar. Hər zaman demişik ki, bu şəxslər gec-tez Azərbaycana gətiriləcəklər. Yeri gəlmişkən, həmin şəxslərlə bağlı Baş Prokurorluq cinayət işi açıb. Sadəcə, onlar hələ ki gizlənirlər. Əfqan Sadıqov da eyni yolu seçmiş şəxslərdən biri idi. O da konkret cinayət əməlinə görə, yəni sosial şəbəkələrdə polisi təhqir etdiyinə görə saxlanılmışdı. Artıq onun Azərbaycana deportasiyası ilə bağlı qərar qəbul edilib. Üç il müddətində Gürcüstana gedə bilməz. Bu, xaricdəki digər "bloger"lərə də siqnaldır. Onlar da təşviş keçirirlər, həyəcan içindədirlər. Görürlər ki, Azərbaycan dövləti nəyi nə vaxt edəcəyini çox gözəl bilir, bunun üçün sadəcə zaman lazımdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, Azərbaycan Respublikası hüquqi dövlətdir: “Biz demokratik inkişaf yolunu seçmiş ölkəyik. Atılan bütün addımlar da məhz bu istiqamətdədir. Ölkəmizdə hüququn aliliyi prinsipi ana prinsipdir. Məsələyə bu kontekstdə yanaşdıqda kimlər ki hüquqi müstəvidən kənara çıxır, qanunazidd əməllər göstərir, Azərbaycan dövləti və dövlətçiliyi əleyhinə cinayətkar yol seçib, onlar gec-tez öz cəzalarını alırlar.  Zaman hər şeyi yerinə qoyur. Bir gün xaricdəki anti-Azərbaycan ünsürlər də dövlətimizə gətiriləcək, layiqli cəzalarını alacaqlar”.

 

Aytəkin Qardaşova

Tarix: 6 Aprel 2026, 12:06   
Chosen
23
pravda.az

1Sources