EN

Slot "Liverpul"dakı gələcəyi ilə bağlı qərar verdi

“Liverpul”un baş məşqçisi Arne Slot cari mövsüm başa çatdıqdan sonra klubdan ayrılmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə “indykaila News” məlumat yayıb.

Bildirilir ki, tərəflər artıq yayda ayrılığı razılaşdırıblar. Gözlənilir ki, niderlandlı mütəxəssis mövsümün sonuna qədər işləyəcək və bundan sonra postunu tərk edəcək. Bu qərarı 47 yaşlı məşqçi özü verib.

Arne Slot 2024-cü ilin yayından etibarən “Liverpul”un baş məşqçisidir. Onun hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.

Hazırda “qırmızılar” İngiltərə Premyer Liqasının turnir cədvəlində beşinci pillədə qərarlaşıb.

Chosen
14
publika.az

1Sources