EN

İrandan Trampa cavab: Açarlar güldanın altındadır!

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

İranın Zimbabve və Cənubi Afrika Respublikasındakı səfirlikləri ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının açılması ilə bağlı tələbini lağa qoyublar.

Axar.az xəbər verir ki, bununla bağlı hər iki səfirlik X səhifəsində paylaşımlar edib.

“Açarları itirdik”, - Zimbabvedəki İran səfirliyinin hesabında qeyd olunub.

İranın CAR-dakı diplomatik nümayəndəliyi isə “Açarlar güldanın altındadır” və “Hörmüz boğazına giriş yalnız dostlar üçün açıqdır” mesajlarını yazıb.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını açması üçün İrana xəbərdarlıq etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
axar.az

1Sources