EN

“Araz Naxçıvan”ın legioneri “Neftçi”nin TRANSFER HƏDƏFİNDƏ

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Araz Naxçıvan” klubunun hücumçusu Ba Muaka Simakala karyerasını “Neftçi”də davam etdirə bilər.Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi almaniyalı legioneri transfer etməyin planlarını qurur.“Neftçi” mövsüm başa çatandan sonra futbolçu ilə danışıqlara başlayacaq. Qeyd edək ki, Simakalanın Naxçıvan təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. O, karyerası ərzində “Borussiya” Münhenqladbax, “Kayzerslautern” və “Elversberq” kimi klubların şərəfini qoruyub.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
1
bizim.media

2Sources