EN

Sel Siyəzəndə körpünü uçurub - FOTO - YENİLƏNİB

Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, əraziyə AAYDA-nın əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

“Sürücülərdən alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur.

***

10.45

Güclü yağışlar Siyəzən rayonunda fəsadlara səbəb olub.

APA-nın xəbərinə görə, sel suları Siyəzən-Məşrif yolunun üzərində yerləşən körpünü uçurub.

Gilgilçay üzərində 2015-ci ildə tikilən 3 aşırımlı körpü yararsız hala düşüb.

Ətrafda olan kommunikasiya xətləri də zədələnib.

Hazırda ərazidə vəziyyətin qiymətləndirilməsi və fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Xanım Məmmədova

Sel Sel Sel
Chosen
22
11
apa.az

10Sources