EN

Təyyarəyə avtomobil ÇIRPILDI- VİDEO

Ajans.az “Ostorojno, Novosti” Telegram kanalına istinadən xəbər verir ki, “Pobeda” aviaşirkətinin aprelin 5-də saat 19:25-də İstanbuldan Moskvaya planlaşdırılan reysi əvvəlcə Rusiyanın cənubu üzərində hava məkanının bağlanması səbəbindən təxirə salınıb. Bildirilib ki, sərnişinlər gecə saat 03:00 radələrində təyyarəyə mindirilsə də, qısa müddət sonra yenidən terminala qaytarılıblar. Daha sonra məlum olub ki, təyyarəyə yerüstü nəqliyyat vasitəsi çırpılıb. Sərnişinlərin sözlərinə görə, əvvəlcə nasazlığın aradan qaldırıldığı bildirilsə də, sonradan texniki baxış zamanı ciddi zədə aşkar edildiyi üçün uçuşun həyata keçirilməyəcəyi qərara alınıb. Nəticədə reys yenidən – bu dəfə saat 16:00-a qədər təxirə salınıb. Sərnişinlərə otel təmin olunmadığı, bir çoxunun hava limanında gecələmək məcburiyyətində qaldığı qeyd olunur. Onlar həmçinin aviaşirkətin xidmətindən narazılıq edərək, yalnız bir dəfə su verildiyini bildiriblər.

Chosen
18
Ajans.az

1Sources