Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hər il təşkil olunan “Bankçılıq Mükafatları” çərçivəsində qaliblər müəyyən edilib.
Xalq Bankın 2025-ci il ərzində müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyəti ABA tərəfindən 5 nominasiyada mükafatla qiymətləndirilib:
• “Maliyyə savadlılığı dəstəkçisi”;
• “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”;
• “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”;
• “Təhsil dəstəkçisi”;
• “Korporativ Sosial Məsuliyyət”.
Ötən il Xalq Bank 2024-2026-cı illər üzrə Strategiyasının icrasını davam etdirərək qeyd edilmiş istiqamətlərdə təqdim etdiyi layihələr və təşəbbüslərlə yadda qalıb.