EN

Avropa Komissiyası Aİ ölkələrinə xəbərdarlıq edib

Bakı. Trend:

Enerji daşıyıcılarının yüksək qiymətləri fonunda iqtisadiyyatadəstək məqsədilə həddindən artıq xərclər büdcə böhranına gətiribçıxara bilər.

Trend “FinancialTimes”a istinadən xəbər verir ki, bu barədə Avropa KomissiyasıAİ-yə üzv ölkələri xəbərdarlıq edib.

Aİ ölkələrində yanacaq qiymətlərinin yüksək olması ilə mübarizəməqsədilə müxtəlif tədbirlər təklif olunur və ya artıq tətbiqedilir. Bunlara, xüsusilə, elektrik enerjisinə subsidiyalar,vergilərin və aksizlərin azaldılması, qiymət tavanının tətbiqidaxildir.

Qəzetin öz mənbələrinə istinadən yazdığına görə, AvropaKomissiyası milli paytaxtları xəbərdar edib ki, bu cür tədbirlərhəcminə və tətbiq müddətinə görə məhdud olmalıdır. Brüssel ehtiyatedir ki, həddindən artıq səxavətli dəstək tədbirləri yüksəkinflyasiyaya və büdcə kəsirinin kəskin artımına səbəb olabilər.

“Bu, Avropa Komissiyasının ümumi vəzifəsidir. İqtisadiyyatın birsektorunda baş verənlər bütün cəmiyyətə təsir göstərə bilər”, –Enerji məsələləri üzrə avrokomissar Dan Yorgensen qəzetəbildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası üzv dövlətlərinhökumətlərinə mövcud fiskal çərçivədən kənara çıxmadan istifadəetmək istədikləri siyasət alətlərinin hazırlanması üçün texnikiməsləhətlər verir və yardım göstərir.

Məqalədə:
Chosen
3
az.trend.az

1Sources