EN

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aprelin 4-də və 5-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

DİN-nin mətbuat xidmətindən XQ-yə bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.
 
 

Chosen
5
49
xalqqazeti.az

10Sources