EN

Səudiyyə Ərəbistanı dron hücumuna məruz qalıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanı pilotsuz uçuş aparatlarının hücumuna məruzqalıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının MüdafiəNazirliyi bəyanat yayıb.

Nazirliyin rəsmisi general-mayor Türki Əl-Malikinin bəyanatınaəsasən hava məkanını pozan iki PUA uğurlu şəkildə səmadazərərsizləşdirilib.

Digər təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Chosen
2
3
az.trend.az

10Sources