EN

Canlı işıq mənbəyi yaradıldı

Qaranlıqda parlayan bitkilər artıq laboratoriyadan çıxaraq real tətbiq mərhələsinə yaxınlaşır.

Ekologiya.az xəbər verir ki, Çin alimləri bitkilərə işıq saçmaq qabiliyyəti verən genetik dəyişikliklər tətbiq ediblər.

Məlumata görə, bu məqsədlə işıq saçan həşəratların və göbələklərin genləri bitkilərin DNT-sinə inteqrasiya olunub. Nəticədə orkide, günəbaxan və xrizantem kimi bitkilər gecə saatlarında zəif, lakin aydın görünən işıq yaymağa başlayır.

Layihənin müəllifləri bildirirlər ki, bu texnologiya gələcəkdə şəhər parklarında, ictimai məkanlarda və landşaft dizaynında istifadə oluna bilər. Əsas üstünlük isə ondan ibarətdir ki, bu “canlı işıq mənbələri” elektrik enerjisinə ehtiyac duymur – yalnız su və adi qulluq kifayət edir.

Musavat.com

Chosen
5
1
ekologiya.az

2Sources