EN

Pakistan ordusu sərhəd postunu ələ keçirmək istəyən 40-dək əfqan hərbçisini zərərsizləşdirib

Pakistan ordusu Əfqanıstan silahlı birləşmələrinin sərhəd postuna hücumunun qarşısını alıb, toqquşmalar zamanı hücum edən tərəfin 37 hərbçisi zərərsizləşdirilib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar "X" sosial şəbəkəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, silahlı qarşıdurma şimal-qərbdəki Xeybər-Paxtunxva əyalətində yerləşən Qulam-Xan rayonunda baş verib. 80-dən çox əfqan döyüşçüsü yaralanıb.

Tarar qeyd edib ki, fevralın sonunda tərəflər arasında münaqişənin kəskinləşməsindən bəri Kabilin ümumi itkiləri ən azı 796 ölü və 1 043-dən çox yaralı təşkil edib. Pakistan aviasiyası Əfqanıstan ərazisindəki 81 obyektə zərbələr endirib. Əfqan qüvvələrinin 286 postu məhv edilib, daha 44-ü isə Pakistan ordusunun nəzarətinə keçib. Bundan əlavə, Pakistan Silahlı Qüvvələri düşmənin 249-dan çox zirehli texnikasını sıradan çıxarıb.

"Cebheinfo.az"

Chosen
3
2
cebheinfo.az

3Sources