EN

İki gündür dayanmadan yağış yağır

Azərbaycanda iki gündür dayanmadan yağış yağır.

KONKRET.az bildirir ki, hazırda Azərbaycanın əksər bölgələrində, eləcə də paytaxt  Bakıda yağıntı davam edir. İntensiv yağışların bir neçə gün davam edəcəyi haqda rəsmi qurumlar əvvəlcədən proqnazlaşdırmışdı.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, bu gün də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı gözlənilir, axşam isə tədricən kəsiləcək.

Qeyd olunub ki, arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Chosen
18
26
konkret.az

10Sources