Bakı. Trend:
Bazar ertəsi günü, yerli vaxtla saat 06:20-də YunanıstanınEpirus əyalətinin İoannina şəhərindən 14 km şimal-qərbdə 4,5 balgücündə zəlzələ baş verib.
Trend xəbər verirki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə HallarAgentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerin 5,97 km dərinliyində qeydəalınıb.