EN

Maskın atasından ŞOK İDDİA

Qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteyn hələ də sağdır.

Publika.az xəbər verir ki, bu fikri amerikalı sahibkar İlon Maskın atası Errol Mask "RİA Novosti"yə müsahibəsində səsləndirib.

"O, mütləq sağdır... Buna heç bir şübhə yoxdur", - deyə o bildirib.

Böyük Maskın sözlərinə görə, Epşteynin həbsxana kamerasında başına gələnlərlə bağlı rəsmi versiya inandırıcı görünmür, çünki sual doğuran bir sıra məqamlar var. O xatırladıb ki, hadisə anında həbsxanada videomüşahidə kameraları söndürülüb, mühafizəçilər isə yatmış olublar.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, kameraların qeydlərində 62 saniyəlik fraqment (23:58:58-dən 00:00:00-dək) yoxdur. Bu, videoregistrasiya sisteminin işindəki texniki xüsusiyyətlərlə izah edilib.

Chosen
26
publika.az

1Sources