EN

Zori Balayan - "azad qartal yox, qan soraraq sürünən zəli..."



Oğlu bir-iki duzsuz kəlmə ilə yada salmasaydı, bədnam şöhrətli Zori Balayanın ölümündən çoxları xəbərsiz qalacaqdı... Bir vaxtlar öz vəhşiliyi ilə "milli qəhrəman"zirvəsinə qaldırılmışdı... Həyatını qeyri-insani əməllərinə layiq urvatsız ölümlə sonlandırdı...

Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Görün oğlu nə yazıb... "Pap can, qoy sənin ruhun azad qartal kimi göylərdə uçsun"... Bəh,bəh...

"Qartala" baxın, o göylərdə süzən qartal yox, qanla qidalanaraq sürünən zəli ömrü yaşadı... Onun ruhu heç vaxt azad olmayacaq... Xocalıda divara mıxladığı 8 yaşlı azərbaycanlı - türk uşağın naləsi onu rahat buraxmayacaq...

İnsanlar onun öz yazdıqlarını oxuduqca, həm forması, həm də xisləti adama oxşamayan bu murdar məxluqa daha çox nifrət edəcək...

Tahir TAÄžIYEV

Chosen
34
baki-xeber.com

1Sources