Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Kardioloq Aurelio Roxas geniş istifadə olunan iki məhsulun xərçəng və digər ağır xəstəliklərə yol açdığı barədə xəbərdarlıq edib. Həkim ilk növbədə şəkərin mənfi təsirlərini önə çəkib.Demokrat.az xəbər verir ki, həkimin sözlərinə görə, süd vəzisi, mədə-bağırsaq traktı və prostat xərçəngindən əziyyət çəkən xəstələrdə qanda insulinin səviyyəsi tez-tez yüksək olur. Yüksək insulin şiş hüceyrələri üçün bir növ gübrə rolunu oynayır. Bu hormon xərçəng hüceyrələrinin böyüməsini və çoxalmasını sürətləndirir, eyni zamanda onların məhv edilməsi prosesini bloklayır."Qanda insulinin həddindən artıq artmasına səbəb olan əsas amillər şəkər və ağ buğda unudur. Söhbət xüsusilə rafinə edilmiş, yəni emal olunmuş məhsullardan gedir.Bu iki qidanın mütəmadi istifadəsi təkcə xərçəng yox, həm də infarkt, insult və digər ürək-damar xəstəliklərinin inkişafına birbaşa təsir göstərir. Sağlamlığı qorumaq üçün rasionda bu məhsulların miqdarını minimuma endirmək tövsiyə olunur", - deyə o bildirib.İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.