EN

Britaniya müharibənin təsirləri fonunda yaşayış xərclərinə qarşı tədbirlər elan edib

BAKI, 6 aprel. TELEQRAF

Böyük Britaniyanın baş naziri Kir Starmer İranda baş verən müharibənin təsirləri nəticəsində artan yaşayış xərclərinə qarşı tədbirlər paketini açıqlayıb.

Teleqraf xəbər verir ki, hökumət ölkə daxilində əhalinin sosial rifahını qorumaq və iqtisadi təzyiqləri azaltmaq üçün addımlar atır.

Rəsmi açıqlamada qeyd olunub ki, beynəlxalq qeyri-müəyyənlik şəraitində hökumət əsas diqqəti yaşayış xərclərinin azaldılmasına və ölkənin gələcək sarsıntılara hazırlığının gücləndirilməsinə yönəldib.

Ən mühüm dəyişiklik kimi uşaq müavinətləri ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması göstərilir. Belə ki, 2017-ci ildən tətbiq olunan qaydaya əsasən dövlət dəstəyi yalnız ilk iki uşağa şamil edilirdi. Yeni qərarın təxminən 450 min uşağı yoxsulluqdan çıxaracağı bildirilir.

Bundan əlavə, tədbirlər paketinə pensiyaçılar üçün əlavə dəstək, eləcə də işçilərin hüquqlarının genişləndirilməsi daxildir.

Qeyd edək ki, İrandakı müharibə fonunda Böyük Britaniyada yanacaq qiymətləri də artıb. Mart ayında benzinin orta qiyməti 0,2 funt artaraq 1,53 funt sterlinqə, dizel yanacağının qiyməti isə 0,4 funt bahalaşaraq 1,83 funt sterlinqə yüksəlib. Enerji daşıyıcılarının bahalaşması fonunda elektrik xərclərinin, ərzaq qiymətlərinin və kredit faizlərinin artacağı gözlənilir.

Chosen
25
teleqraf.com

1Sources