EN

Yağış nə vaxt dayanacaq? Rəsmi

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə aprelin 6-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı ərazilərində isə intensiv olacağı ehtimal edilir.Yağıntı axşama doğru tədricən kəsiləcək. Gün ərzində arabir güclənən şimal-qərb küləyi axşam saatlarında mülayimləşəcək.Paytaxtda havanın temperaturu gecə 10-12° isti, gündüz 12-16° isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 80-90 % civarında olacaq.Azərbaycanın rayonlarında da hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı keçəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır. Xüsusilə şimal və şərq rayonlarında prosesin daha intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək.Rayonlarda temperaturun gecə 9-13° isti, gündüz 17-22° isti, dağlarda isə gecə 3-8° isti, gündüz 13-18° isti olacağı bildirilir.Demokrat.az

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
49
demokrat.az

10Sources