EN

Qazaxıstanda avtobus aşıb

Bakı. Trend:

Qazaxıstanın Karaqanda vilayətinin Karkarali rayonunda, Besobakəndindən 15 km aralıda avtobus aşıb.

Trend xəbər verirki, bu barədə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.

Hadisə zamanı avtobusda 50 nəfər olub. Təcili yardım xidmətləridərhal hadisə yerinə gəlib və yaralılara yardım göstərməyəbaşlayıb.

Fövqəladə Hallar Nazirliyinin "Kazaviaspas" təyyarəsi üçyaralını Karaqandadakı tibb müəssisələrinə aparıb. Nazirliyinavtomobili və Fəlakət Tibbi Mərkəzinin paramediklərinin müşayiətiilə 30 nəfər Botakara kəndindəki xəstəxanaya çatdırılıb.Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə Fövqəladə Hallar Nazirliyinin nəzarəti altındadır.

Chosen
49
az.trend.az

1Sources